İnsanabənzər robot BMT iclasında – Video

Dünya / Maraq

1 053

İnsanabənzər robot BMT iclasında – Video
BMT-nin Nyu Yorkdakı qərargahında keçirilən iclasda "Hər şeyin gələcəyi: sürətli texnoloji dəyişiklik dövrünün davamlı inkişafı" adlı mövzu müzakirə edilib.

VOİCEPRESS xəbər verir ki, toplantıda insanabənzər robot Sofiya da iştirak edib. O, diplomatların suallarını cavablandırıb və jurnalistlərə müsahibə verib.

Sofiya tamaşaçılara özünü təqdim edərkən, “Mənim 1,5 yaşım var. Mən sizi görə və sizinlə danışa bilirəm. Bir neçə min dəfə üz ifadəmi dəyişirəm”, - deyib.

BMT Baş katibinin müavini Əminə Məhəmməd qeyri-adi qonağı salamlayıb.

“Texnologiyaların cəmiyyətimizə təsiri maşınların deyil, insanların hərəkətləri ilə müəyyənləşdirilməlidir”, - Baş katibin müavini öz çıxışında bildirb.



VOİCEPRESS.AZ


Ранее » "Eurovision" birincisi BMT-nin səfiri oldu« Далее Rus arxeoloqlardan qeyri-adi tapıntı