• 23:34 – NATO-nun baş katibi Gürcüstana gəlir 22:00 – İraqda bərə qəzası: ölü sayı 71-ə çatdı - YENİLƏNİB 21:19 – Bakıda mebel sexi yanıb 20:41 – XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır” 18:16 – Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi 
  • 15:52 – Əli Həsənov: "Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək" 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 11:33 – Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır 

İƏT tarixində ilk - Müsəlman gənclərin vəziyyəti müzakirə edildi

Ötən gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşkilatçılığı ilə İƏT tarixində ilk dəfə bu ildən başlayaraq keçirilən Gənclər Gününə həsr olunmuş "Müsəlman Gəncliyinin Durumu" adlı yüksək səviyyəli beynəlxalq konfrans keçirilib.

İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzindən VOİCEPRESS-ə verilən məlumata görə, konfransda eyni zamanda İƏT üzv ölkələrin gənclərinin durumunu əks etdirən ilk hesabatının təqdimatı da keçirilib.

Tədbirin açılış mərasimində Azərbaycan, Turkiyə, Qətər, Fələstin dövlətlərinin gənclər və idman nazirləri və digər rəsmi qonaqlar çıxış ediblər. Konfransda İƏT və BMT-nin yüksək səviyyəli təmsiliçiləri, İstanbulda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri, 30-dan artıq ölkənin gənc iderləri və aparıcı gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda açılış nitqi ilə çıxış edən İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov İslam dünyasının üzləşdiyi problemlərə diqqət çəkərək, bu problemlərin ilk qurbanlarının məhz gənclər olduğunu qeyd edib, həmin problemlərin həllinin müasir müsəlman gəncliyinin inkişafı, onların təhsil, işlə təmin olunma, iqtisadi müstəqillik perspektivlərinin genişləndirilməsindən keçdiyini bildirib: "Məhz bu baxımdan İƏT tarixində ilk dəfə həmkar strukturlarla birgə əsaslı tədqiqat nəticəsində hazırlanmış "Müsəlman Gəncliyinin Durumu" hesabatı gələcəyə yönəlmiş məqsədləri aydınlada bilər".

Sonra İƏT Xarici İşlər Nazirləri Konfransının 44-cü sessiyasında İƏT Gənclər Forumunun təşəbbüsü ilə qəbul edilmiş qətnaməyə əsasən, ilk dəfə bu ildən etibarən 3 sentyabrda qeyd olunmağa başlayan Gənclər Günü ilə bağlı üzv ölkələrdə keçirilmiş tədbirlərin xülasəsi təqdim edilib, əhəmiyyəti qeydlər edilib, gələcək illər üçün perspektivlər müzakirə olunub.

Konfransda həmçinin bildirilib ki, Gənclər Günü tarixi 2006-cı ilin 3 sentyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə İstanbulda İƏT Gənclər Forumunun Baş Qərargahının açılış mərasimi günü ilə əlaqədar seçilib. E.İskəndərov bunu Azərbaycan və Türkiyənin uğurlu beynəlxalq təşəbbüslərinə İƏT-də verilən yüksək qiymət kimi dəyərləndirib. Forumun sədri ilk Gənclik Gününün süarının 2017-ci ili "İslam Həmrəylik İli" elan etmiş Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək olaraq "Fəaliyyətdə həmrəylik" olduğunu qeyd edib.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter