Meksikada zəlzələdən zərər çəkmiş ştatda fövqəladə vəziyyəti elan edilib

Dünya

1 008

Meksikada zəlzələdən zərər çəkmiş ştatda fövqəladə vəziyyəti elan edilib
Meksika Daxili İşlər Naziriliyi zəlzələdən zərər çəkmiş Ohaka ştatında fövqəladə vəziyyət rejimi elan edib.

VOİCEPRESS -in "TASS"a istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejiminin elan edilməsi ilə fövqəladə vəziyyətlər zamanı Yardım fondunun vəsaitləri cəlb ediləcək. Hakimiyyət beləliklə zərər çəkmiş sakinlərin yerləşdirilməsin və onlara yardım göstərilməsi üçün vəsaitlə təmin ediləcəklər.


Qeyd edək ki, 7,1 bal gücündə olan zəlzələ çərşənbə axşamı baş verib. Təbii fəlakət nəticəsində son məlumatlara əsasən, 307 nəfər həlak olub.


VOİCEPRESS.AZ


Ранее » Bu gün Almaniyada parlament seçkiləri keçirilir« Далее İraqla peşmərgə arasında – 5 maddəlik razılaşma