Əgər Bərzani referendum keçirsə...

Dünya

1 539

Əgər Bərzani referendum keçirsə...
ABŞ Şimali İraq Kürd Muxtariyyətində müstəqillik referendumuna qəti şəkildə qarşıdır.

VOİCEPRESS xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert deyib.

“Referendum İraqa verilən köməyə, dəstəyə təsir edəcək. Çox güman ki, bu referendum reallaşsa, Bağdadla danışıqlar aparmayacağıq. Bundan başqa, beynəlxalq ictimaiyyətin də müzakirələrə verəcəyi dəstəyin qarşısı alınacaq”, - Noyert bildirib.

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də müstəqillik referendumu keçiriləcəyini açıqlayıb.

VOİCEPRESS.AZ


Ранее » Bolqarıstandan Rusiyaya dəstək: Sanksiyaların ləğvi...« Далее Putin sentyabrın 28-də Ankaraya gedəcək