• 23:34 – NATO-nun baş katibi Gürcüstana gəlir 22:00 – İraqda bərə qəzası: ölü sayı 71-ə çatdı - YENİLƏNİB 21:19 – Bakıda mebel sexi yanıb 20:41 – XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır” 18:16 – Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi 
  • 15:52 – Əli Həsənov: "Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək" 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 11:33 – Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır 

Azərbaycan əsilli həkim Merkellə görüşdə nələr danışıb?

Almaniyada yaşayan dr. Rəhim Şimtd Almaniyanın kansleri Angela Merkellə görüşüb. Bu barədə məlumatı VOİCEPRESS-ə diaspor hərəkatının fəalı Elnur Eltürk verib.

"Rəhim Şimtd Almaniyanın siyasi dairələrində böyük hörmətə malik şəxslərimizdəndir. Eyni zamanda, Almaniyanın Kimsizlərlə və Yoxsullarla bağlı Tibb Komissiyasının rəhbərdir. Orada 50-dən çox həkim heyəti var. Pulsuz tibbi xidmət göstərirlər. Rəhim bəy heyətin rəhbəridir. Bir müddət Almaniyanın əyalət parlamentinin deputatı olub. Alman mediası ilə sıx ünsiyyəti var. Hər zaman Azərbaycan məsələsinə böyük önəm verir. Bu günlərdə də Almaniya kansleri Angela Merkellə görüş zamanı Azərbaycan, Dağlıq Qarabağın işğalı haqqında ətraflı məlumat verib“,-deyə E.Eltürk verib.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter