Felgenhauer: Bu müharibə bitməyəcək

Dünya

1 053

Felgenhauer: Bu müharibə bitməyəcək
Heç bir sülhməramlı qüvvə Donbasda hərbi əməliyyatların sona yetməsinə və konfliktin həllinə yardım etməyəcək.

VOİCEPRESS xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.

“Sülhməramlılar ATƏT-in müşahidəçilərinin funksiyalarını yerinə yetirirlər. Konflikt tərəfləri atəşkəsi pozmaq istəsə, sülhməramlılar Donbasda heç nə edə bilməyəcəklər. Ukrayna uğrunda sülhməramlılar savaşmayacaqlar. Konflikt davam edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Donbasa sülhməramlıların yerləşdirilməsi üçün BMT-yə müraciət edəcəklərini açıqlamışdı.

VOİCEPRESS.AZ


Ранее » Urmiya quruyur: Bu liman da yox oldu« Далее Prezident 9-cu dəfə baba oldu