Rusiyadan sonra Almaniya da müharibə xəbərdarlığı etdi

Dünya / Manşet

3 599

Rusiyadan sonra Almaniya da müharibə xəbərdarlığı etdi
Almaniya hökuməti NATO baş qərargahına xəbərdarlıq edib. VOİCEPRESS-in məlumatına görə, ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib ki, NATO-nu Avropanın şərqindəki fəaliyyəti müharibəyə təhrik xarakteri daşıyır.

Ştaynmayer NATO-nu bu hərəkətinə son qoymağa çağırıb.

NATO hərbi qüvvələri iki gün əvvəl Polşada “Anakonda-16” adlı hərbi təlimləri başa vurmuşdu.

Ştaynmayer qeyd edib ki, təlimlər regional təhlükəsizliyin qorunmasında əks təsir doğurub və bu, Rusiya ilə münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər.

Ştaynmayer NATO rəsmilərini hərbi təlimləri dialoqlarla əvəz etməyə və Rusiya ilə əməkdaşlığa səsləyib.

Polşada keçirilən 10 günlük əməliyyatlara Polşa və Amerika Birləşmiş Ştatları ilə yanaşı, NATO-ya üzv 17 ölkə hərbçiləri qatılmışdı.Ümumilikdə, hərbi təlimlərdə 30 mindən çox əsgər iştirak edib. Bu, Polşada 27 il ərzində ilk ən irimiqyaslı təlimlər olub.

Rusiya hökuməti bir müddət əvvəl bildirmişdi ki, NATO hərbi qüvvələrinin onun sərhədlərinə yaxın bölgədə fəaliyyəti Rusiyanın təhlükəsizliyinə qarşı hədə mənbəyidir. Bu cür təhlükə qarşısında Moskva Qərbə cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.

VOİCEPRESS.AZ

Ранее » Ermənilər İrana vizasız gedəcəklər« Далее Barak Obama: “Qlobal iqlim dəyişikliyi təhdiddən reallığa çev...
Flag Counter