• 00:06 – Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO 23:26 – Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı 22:57 – Güclü külək Şamaxıya da ziyan vurdu 22:39 – İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur 21:37 – “Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev 
  • 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 
  • 08:26 – Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı 
  • 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 

"Facebook" 1,2 mln. avro həcmində cərimələndi

İspaniyanın Məlumatların Mühafizəsi Agentliyi (AEPD) "Facebook" sosial şəbəkəsini 1,2 mln. avro həcmində cərimələyib.

VOİCEPRESS bildirir ki, AEPD bu qərarı sosial şəbəkənin müştərilərinin şəxsi məlumatlarından xəbərdarlıq etmədən istifadə etməsinə görə verib.

"Agentlik ümumilikdə 3 ciddi hüquq pozutunsu ilə əlaqədar açıqlama yayıb. Onlardan biri olduqca ciddi hesab edilir. Bununla əlaqədar olaraq, AEPD "Facebook"u 1,2 mln. avro həcmində cərimələyib. Bu məbləğin 300 min avrosu müvafiq olaraq iki hüquq pozuntusu, 600 mini isə digər hüquq pozuntusu üçün nəzərdə tutulub", - deyə AEPD-dən bildirilib.

Məlum olub ki, "Facebook" istifadəçinin ideologiya, cins, dini inanclar, şəxsi fikirləri və ya yerdəyişməsinə dair bilgilərini məlumat vermədən istifadə edir.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter