Alliqatorun hücum etdiyi 2 yaşlı uşağın meyiti tapıldı

Dünya / Manşet

3 149

Alliqatorun hücum etdiyi 2 yaşlı uşağın meyiti tapıldı
Florida polisi "Walt Disney World" parkında alliqatorun suyun altına apardığı uşağın meyitini tapıb. VOİCEPRESS-in məlumatına görə, vəhşi heyvanın hücumu zamanı 2 yaşlı oğlan gölün qırağında oynayırmış. Atası uşağı xilas etməyə çalışsa da bu mümkün olmayıb.

Leyn Qreyvs adlı uşağın axtarışları zamanı 5 alliqator öldürülüb. Tanınma prosesi hələ sona çatmasa da polis əmindir ki, tapılan meyit itmiş uşağa məxsusdur.Hadisə ABŞ-ın Florida ştatının Orlando şəhərində baş verib. "Disney's Grand Floridian Resort & Spa" mehmanxanasının yaxınlığında yerləşən "Disney World" əyləncə parkında oynayan uşağı qəflətən sudan çıxan alliqator tutub və suyun altına aparıb.

Alliqatorların parkda saxlanıldığı və ya gölə təsadüfən girdiyi hələlik məlum deyil.


VOİCEPRESS.AZ

Ранее » Trampdan ETİRAF: "Rusiya ABŞ-dan dəfələrlə güclüdür"« Далее Putinin Ərdoğandan 3 tələbi