Tarixin ən uzunmüddətli günəş tutulması baş verəcək

Dünya / Manşet

774

Tarixin ən uzunmüddətli günəş tutulması baş verəcək
Bir neçə gündən sonra tarixin ən uzunmüddətli günəş tutulması baş verəcək.

VOİCEPRESS
xəbər verir ki, avqustun 21-də astronomik müşahidələrin aparılmasından bəri tarixin ən uzunmüddətli günəş tutulması olacaq. Ayın Günəşin qarşısını tutması nəticəsində Yer üzü düz saat yarım işıq üzü görməyəcək.

Bu qeyri-adi hadisəni yalnız ABŞ, eləcə də qismən Cənubi Amerika və Qərbi Avropada müşahidə etmək mümkün olacaq.

Keçmiş Sovet respublikalarında, həmçinin Azərbaycanda günəş tutulması hiss edilməyəcək.

Həm bu il, həm də 7 il sonra gözlənilən ikinci tam günəş tutulmasının müşahidə ediləcəyi yeganə unikal yer isə ABŞ-ın Qarbondeyl şəhəri olacaq.

Alimlər hesab edir ki, Ay bu dəfə Günəşin qarşısını 1,5 saat ərzində tutacaq, hadisə zamanı Günəşin tacı isə əvvəllər müşahidə edildiyindən bir neçə dəfə böyük olacaq.

Qeyd edək ki, günəş tutulması zamanı Günəşə birbaşa adi gözlə yox, yalnız tünd eynəklər və şüşələrlə baxmaq lazımdır.

VOİCEPRESS.AZ


Ранее » Amerikalı konqresmen Dağlıq Qarabağa qanunsuz səfər edəcək« Далее Venesuela prezidenti: İğtişaşlarda iştirak edənlər 25 il həbs ...
Flag Counter