Trampdan nüvə bombası ilə bağlı XƏBƏRDARLIQ

Dünya / Manşet

1 080

Trampdan nüvə bombası ilə bağlı XƏBƏRDARLIQ
ABŞ prezidenti Donald Tramp ABŞ-ın hər zaman dünyanın ən qüdrətli dövləti olacağını bəyan edib.

VOİCEPRESS-in xəbərinə görə, bu barədə o, “Twitter” də yazıb. “Mənim prezident vəzifəsində ilk tapşırığım nüvə arsenalımızın yenilənməsi və modernləşdirilməsi barədə oldu. İndi o, daha güclüdür. Ümid edirəm ki, biz heç vaxt bu gücdən istifadə etmək zorunda qalmayacağıq. Biz hər zaman dünyanın ən güclü ölkəsi olacağıq”, - deyə Tramp bildirib.

Xatırladaq ki, avqustun 8-də D. Tramp Şimali Koreyanın ünvanına çox sərt xəbərdarlıqla çıxış edib. O deyib ki, əgər Pxenyan ABŞ-ı təhdid edərsə, onu qisas gözləyir: “Şimali Koreya elə bir atəş və qəzəblə qarşılaşacaq ki, dünya hələ belə bir şey görməyib”.

VOİCEPRESS.AZ


Ранее » Türkiyə mediası azərbaycanlı Zəhradan yazdı« Далее Türkiyədə meşə yanğınları davam edir
Flag Counter