Keçmiş nazir prezidenti məhkəməyə verir

Dünya / Manşet

549

Keçmiş nazir prezidenti məhkəməyə verir
Moldovanın keçmiş müdafiə naziri Anatoli Şalaru ölkə prezidenti İqor Dodonun cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

VOİCEPRESS xəbər verir ki, Şalaru Moldova Prezidenti İqor Dodonun milli ordunun ABŞ-ın “Xarici Hərbi Maliyyələşdirmə” proqramı çərçivəsində maliyyələşdirilməsinə əngəl olduğunu bildirib. Şalarunun sözlərinə görə, Moldova hökuməti ordunun regional hərbi təlimlərdə iştirak etməsinə icazə verməyərək bu yardımın qarşısını alıb.

“Dodon hökumətinin milli müdafiə sisteminə qarşı qeyri-qanuni addımları təsirini göstərməyə başlayıb. ABŞ milli orduya “Xarici Hərbi Maliyyələşdirmə” proqramı çərçivəsində yardımları dayandırıb. Bu yolla Moldova ordusu islahatlar və modernləşdirmə üçün nəzərdə tutulan 12.7 milyon dollar vəsaiti itirib. Bəyan edirəm ki, Moldova milli müdafiə sistemini zədələməyə yönəlmiş tədbirlər gördüyü üçün İqor Dodon barəsində cinayət işi başladılmasına çalışacam”, - Şalaru sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Moldova qanunvericiliyinə görə prezident müstəsna səlahiyyətlərə sahib, toxunulmaz şəxs hesab edilir. Onun barəsində cinayət işi açılması üçün mütləq parlament qərar qəbul etməlidir.

VOİCEPRESS.AZ


Ранее » Türkiyə, Rusiya və İran arasında mühüm görüş« Далее 8 min əsgərlə hücum: Xüms azad edildi