Moskva və İrəvanın vahid ordu sirri - Felgenhauer

Dünya / YanPress / Manşet

1 233

Moskva və İrəvanın vahid ordu sirri - Felgenhauer
Rusiyanın uzaq gələcəyə hesablanmış hədəfi Zaqafqaziyada öz təsir dairəsini gücləndirməkdir.

VOİCEPRESS
bildirir ki, bu sözləri erməni mətbuatına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.

"Əgər Rusiya və Ermənistan arasında vahid ordu birləşmələri haqqında razılaşmanı diqqətlə oxusanız, görərsiniz ki, əslində heç bir hərbi qruplaşma mövcud deyil. Qərar qəbul olunub ki, bu qrup müharibə vaxtı və ya xüsusi müharibədən əvvəlki dövrdə yarana bilər. İndiki dinc şəraitdə isə belə qruplaşma yoxdur. Hərbi qruplaşma müharibə təhdidi olan zaman yaradıla və ya yaradılmaya da bilər. O, avtomatik yox, Rusiya və Ermənistan prezidentlərinin ortaq qərarı əsasında yaradılır. Prezidentlərin ortaq razılaşması önəmlidir. Rusiyanın belə bir qruplaşmanı Qarabağ müharibəsi zamanı yaradacağına isə cavab vermək çox çətindir. Böyük ehtimalla Azərbaycana qarşı belə bir şey edilməyəcək. Bu müqavilə böyük ehtimalla Ermənistan tərəfinin Rusiyaya qarşı narazılığının azaldılması üçün imzalanıb".

VOİCEPRESS.AZ


Ранее » Ukrayna mətbuatı: "Sarkisyan Ermənistanı Şimali Koreyanın aqib...« Далее Moskvada erməni miqrantlarla kütləvi dava - Yaralılar var