25-26 mart tarixində Moskvada Beynəlxalq Forum keçiriləcək: “Rus və Türk dünyası XXI əsrin geosiyasi siqnalları ilə üzbəüz”

Dünya / Manşet

3 943

25-26 mart tarixində Moskvada Beynəlxalq Forum keçiriləcək: “Rus və Türk dünyası  XXI əsrin geosiyasi siqnalları ilə üzbəüz”
Forum Beynəlxalq ictimai hərəkat “Biz Rusiyanı sevirik” və “ Komitet-2017”nin təşəbbüsü ilə, Modelləşmə və Strateji İnkişaf Mərkəzinin strateji tərəfdaşlığı və dəstəyi ilə keçirilir.

Forumda ekspertlər qrupu( politoloqlar, sosiaoloqlar, kultroloqlar, konfliktoloqlar, iqtisadçılar, hərbi mütəxəssislər) və bir çox ölkələrdən ictimai xadimlər iştirak edəcək.

Forumun əsas məqsədi Rus-Türk dünyasının xalqları arasında qarşılıqlı anlaşmanı bərpa etmək, aktual məsələlərlə və potensial siqnallarla ilgili sivil surətdə cavabların aranması mövqeyini daşıyır. Forum güclərin dətyiçşən balansının Türk-Rus dünyasına təsirini müzakirə etməyi qarşısına məqsəd qoyur.

Forumda bu ölkələrin nümayəndələri iştirak edəcək: Türkiyə, Gürcüstan, Ermənistan, İran, Qazaxstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Ukrayna, Belorusiya, Bolqariya, Suriya və İrak.


Forumun təşəbbüskarı və ideya müəllifi:
Söyün Sadıqovdur. O Modelləşmə və strateji İnkişaf Mərkəzinin rəhbəridir. Bu günə qədər isə O Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti olub. (FNKA AzərRos). “Tikinti və bazar İqtisadiyyatı” 1990- monoqrafiyasının müəllifidir. Söyün sadıqov vaxtı ilə Rusiya federasiyası tərəfindən “Rusiya Federasiyasının Fəxri Memarı” ordeni ilə təltif olunub. Eyni zamanda o dövlət tərəfindən “ Sankt- Peterburqun 300 illiyi”nə həsr olunan medalla, eləcə də, Azərbaycan dövlətinin “İnkişafa doğru” ordeninə layiq görülüb. 2005-ci ildə isə “Fəxri Messenat və Xeyriyyətçi” adına Beynəlxalq Xeyriyyətçilik Fondu Söyün Sadıqovu gördüyü əvəzsiz xeyriyyə işlərindən dolayı “Yüzillərin Messenatı” təşkilatı tərəfindən layiq görüb.

Forumu aparan şəxs: Xmarin Viktor Nikolayeviçdir. O Milli Sənaye və İnvestisiya Fondunun prezidenti, Seyşel adalarının Sank-Peterburqdakı konsulu, . "Sunarneftqaz” QSC-nin direktorlar şurasının sədri və Vladimir Putinin qrup yoldaşı olub.


Forumla bağlı sual və müraciətləri aşağıda göstərilən telefon və elektron ünvanlara müraciət etməklə mümkündür:



+7(495)0058288
+7(495)0044282
apfund@bk.ru
2015ssk@mail.ru

Ранее » Yuşşenko: “Azərbaycan regionun lideridir“« Далее Dövlət Dumasının komitə sədri: İspaniyanın rusiyalı deputatı...