Roma papası Ermənistana səfər edəcək

Dünya / Manşet

3 085

Roma papası Ermənistana səfər edəcək
Roma papası Fransisk iyunun 24-də Ermənistana səfər edəcək.
VOİCEPRESS-in “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Roma papası Ermənistan prezidenti Serj Sarkisyan və digər rəsmi şəxslərlə, habelə diplomatik korpus nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Papa bütün ermənilərin katolikosu II Qareginlə də görüşəcək.

Səfər proqramında “erməni soyqırımı qurbanları”nın xatirə kompleksinə ziyarət də var.

II Qaregin və papanın birgə bəyannamə imzalayacağı gözlənilir.

Səfər iyunun 26-da başa çatacaq.


VOİCEPRESS.AZ

Ранее » KİV: Əbu Bəkr əl Bağdadi öldürülüb« Далее Ərdoğanın gözlənilməz addımı
Flag Counter