Hindistandan QƏRAR: Qətərə əlavə reyslər təşkil edilsin

Dünya / Manşet

657

Hindistandan QƏRAR: Qətərə əlavə reyslər təşkil edilsin
Hindistan hökuməti yerli aviaşirkətlərə Qətərə əlavə reyslərin həyata keçirilməsi ilə bağlı müraciət edib.

VOİCEPRESS
xəbər verir ki, bu qərar Ramazan bayramı günlərində və ondan sonrakı müddətdə sərnişindaşımada yaranan böyük tələbatla bağlıdır.

Hindistanın mülki aviasiya naziri Aşok Qacapati bildirib ki, əlavə reyslərin həyata keçirilməsi iki aviaşirkətə tapşırılıb.

Reyslər əsasən Dohadan Hindistanın Trivandram, Koççi və Mumbay şəhərlərinə olacaq.

Qeyd olunur ki, 22-23 iyun tarixlərində uçuşları "Jet Airways", 25 iyun-8 iyul tarixlərində "Air India Express" aviaşirkətləri həyata keçirəcək.

VOİCEPRESS.AZ


Ранее » Makron: "Trampın siyasəti bütün dünya üçün narahatlıq mənbəyidir"« Далее Rusiyanın ən zəngin məmurları