Oğlanlar məktəbə "yubka"da gedəcəklər

Dünya / Manşet

3 375

Oğlanlar məktəbə
Böyük Britaniyada oğlan uşaqları məktəbə don və ya sarafanda getmələrinə icazə verilib.
VOİCEPRESS Anspress-ə istinadən bildirir ki, Britaniyanın 80 məktəbində, o cümlədən, 40 ibtidai sinifdə gender neytral məktəbli forması tətbiq olunub.

Bu formanın tətbiq olunmasında məqsəd oğlanlara istəklərinə uyğun don, qızlara isə şalvar geyməyə imkan yaratmaqdır. Bu, əsasən öz gender mənsubiyyətindən əmin olmayan uşaqlar üçün nəzərdə tutulub. Yenilik hökümət tərəfindən maliyyələşən kampaniyanın bir hissəsidir. Onlar düşünür ki, beş yaşlı uşaqlara hər hansı bir formanın tətbiq edilməsi düzgün deyil, uşaqlar özlərini rahat hiss etdikləri geyimlərdə dərsə gələ bilərlər.

Birmingem şəhərində yerləşən "Allens Kroft" (Allens Croft) artıq bu gender neytral məktəbli formasının tətbiqi barədə elan verib. Elana görə, oğlanlar məktəbə qara rəngli don və ya sarafanda, qızlar isə eyni rəngli şalvarda gələ bilərlər.

Məktəbdən verilən məlumata görə, onlar hər bir uşağa öz gender mənsubiyyətini ifadə etmək üçün şans verir, şagirdin məktəbə istənilən forma geyinməyini düzgün hesab edir.

Artıq bəzi xristian təşkilatları məktəblərə bu yeni qaydanın tətbiqi barədə narahatlıqlarını bildiriblər. Onlar hesab edirlər ki, yeni formalar azyaşlı məktəblilər arasında çaşqınlıq yarada və onları orta yaşlı uşaqlar arasında utandıra bilər.

VOİCEPRESS.AZ

Ранее » Obama Klintonun seçkiqabağı tədbirinə qatılmayacaq« Далее Türkiyədə baş verən güclü partlayışda 9 nəfər yaralanıb
Flag Counter