Suriyada daxili müharibə başa çatdı

Dünya / Manşet

666

Suriyada daxili müharibə başa çatdı
Rusiya Müdafiə Nazirliyinin Əməliyyat Şöbəsinin rəhbəri, general Sergey Rudskoy Suriya ilə bağlı maraqlı açıqlamalar verib.

VOİCEPRESS
xəbər verir ki, S.Rudskoy bu il mayın 4-də Rusiya, Türkiyə və İranın birlikdə imzaladığı "Suriyada müharibsiz bölgələr" planının müsbət nəticələr verdiyini söyləyib.

Onun sözlərinə görə, hazırda Suriyanın əksər hissələrində müharibə dayanıb:

"Buna görə də Suriyada daxili savaşın bitdiyini elan edə bilərik. Müstəqil Suriya dövləti öz torpaqlarına nəzarət edə biləcək vəziyyətə gəlib".

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi 15 mart 2011-ci ildə başlayıb. Geridə qalan müddətdə qeyri-rəsmi rəqəmlərə əsasən 500 minə yaxın insanın öldüyü bildirilir.

VOİCEPRESS.AZ


Ранее » Qətər əmiri Türkiyəyə səfərini təxirə saldı« Далее Yaponiyada turist avtobusu qəzaya uğrayıb