Koreya prezidenti Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

Dünya / Manşet

1 107

Koreya prezidenti Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı
Koreya Respublikasının prezidenti Mun Ce-in Şimali Koreyanın bu gün baş tutan raket sınağı ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

VOİCEPRESS
xəbər verir ki, Prezident ofisinin yaydığı məlumatda deyilir ki, Mun Ce-inin dövlət başçısı kimi ilk dəfə sədrlik etdiyi iclasda Şimali Koreyanın son günlər bir neçə raket sınağı ilə bağlı müvafiq addımların atılması məsələləri müzakirə olunur.

Qeyd edək ki, Şimali Koreya bu gün səhər erkən saatlarda gəmi əleyhinə qısa mənzilli qanadlı raketləri sınaqdan çıxarıb. Yonhap agentliyinin məlumatına görə, Şimali Koreyanın şərq sahillərindən buraxılan raket 200 kilometr uçub.

Onu da qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını qadağan edib.

VOİCEPRESS.AZ


Ранее » Tehranda terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatdı« Далее İraq kürdləri müstəqilliyə hazırlaşırlar
Flag Counter