• 17:32 – Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 17:12 – Dünyaca məşhur şirkət “Azərenerji”nin məsləhətçisi oldu 17:00 – Ukraynanın baş naziri istefa verdi 16:28 – Deputatlar prezidenti məhkəməyə verdilər 16:26 – Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 
  • 09:50 – Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək 
  • 18:32 – Yaponiya-Azərbaycan İqtisadi Komitəsi – noyabrda iclasdır 
  • 17:02 – Prezident və birinci xanım Təzəpirin qarşısındakı parkın AÇILIŞINDA 

Həsən Ruhaninin andiçmə mərasimi avqustda keçiriləcək

Mayın 19-da ikinci dəfə İran Prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimi avqust ayında keçiriləcək.

VOİCEPRESS xəbər verir ki, bu barədə açıqlama verən İran parlamentinin rəyasət heyətinin üzvü Əhməd Əmirəbadi deyib. O bildirib ki, andiçmə mərasimi İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin H.Ruhanini prezident kimi təsdiq etməsindən 5 gün sonra keçiriləcək.

Andiçmə mərasimindən sonra H.Ruhani 2 həftə müddətində parlamentə yeni hökumətin üzvlərini (nazirləri) təqdim etməlidir. Parlament isə 1 həftə ərzində yeni hökumətin yeni nazirlərinin proqramlarını dinləyib və qiymətləndirib təsdiq etməlidir. Parlamentin təsdiq etmədiyi nazir hökumət üzvü ola bilməyəcək. Onda Prezident həmin naziri dəyişmək məcburiyyətində qalacaq.

Xatırladaq ki, mayın 19-da İranda keçirilmiş prezident seçkilərində Həsən Ruhani seçkidə iştirak etmiş 44 milyon 220 min 131 seçicinin 23 milyon 549 min 616-nın səsini qazanaraq ikinci müddətə İranın prezidenti seçilib.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter