ABŞ səhv etdi, Suriyada koalisiya qüvvələrini bombaladı

Dünya / Manşet

3 616

ABŞ səhv etdi, Suriyada koalisiya qüvvələrini bombaladı
Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Suriya ordusuna zərbə endirdiyini təsdiqləyib. VOİCEPRESS-in məlumatına görə, hadisə mayın sonunda Suriyanın Əl-Maara yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.

Baş vermiş insident ABŞ silahlı qüvvələrinin mərkəzi komandanlığı tərəfindən də təsdiqlənib. Suriyada hava zərbələrindən biri burada İŞİD-ə qarşı müharibə aparan "Mutasim briqadası"na düşüb.

"The Wall Street Journal" yazır ki, aviazərbələr nəticəsində bir neçə müxalif qüvvə əsgəri ölüb.

ABŞ mərkəzi komandanlığı da baş verən hadisəni təsdiqləyib. Komandanlığın Yaxın Şərq üzrə məsul polkovniki Patrik Rayder bildirib ki, amerikalı hərbçilərdə olan məlumata görə, avizərbələr nəticəsində birləşmənin 4 üzvü həlak olub.

Ancaq o qeyd edib ki, onlar daim İŞİD-lə müzbarizə aparacaq və təcrübədə alınmış bütün əməliyyatları gələcək dərslərdə də səmərəli şəkildə istifadə edəcəklər.

Bu, ABŞ-ın Suriyada koalisiya qüvvələrinə vurduğunu etiraf etdiyi ilk zərbədir.

Bundan öncə zərərçəkən briqadanın liderləri mətbuata açıqlamalarında ABŞ HHQ-nin zərbələri nəticəsində 10 döyüşçünün öldüyü barədə məlumat vermişdilər. O zaman Pentaqon Əl-Maaraya aviazərbələr endirildiyini təsdiqləmiş, amma İŞİD terrorçularının iki hərbi qərargahının vurulduğunu, terrorçuların hərbi nəqliyyatının məhv edildiyini açıqlamışdı.

VOİCEPRESS.AZ

Ранее » Liviyada Sirt şəhərinin limanı İŞİD silahlılarından təmizlə...« Далее Bundestaq erməni "soyqırımına" görə məhkəməyə verildi
Flag Counter