Gürcüstanda gənc soydaşımız qubernator müavini oldu

Dünya / Manşet

693

Gürcüstanda gənc soydaşımız qubernator müavini oldu
Gürcüstanda gənc soydaşımız yeni vəzifəyə təyin olunub. Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri vəzifəsində çalışan Zaur Darğallı bu gün Kvemo-Kartli bölgəsinin qubernator müavini vəzifəsinə təyin edilib.
VOİCEPRESS
xəbər verir ki, bu barədə “Facebook” səhifəsində Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev bildirib.

Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. O, paralel olaraq 2007-2010 illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo-Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. Ailəlidir, bir qızı var.

Zaur Darğallı açıqlamasında Kvemo-Kartli bölgəsində yaşayan millətindən asılı olmayaraq hər bir vətəndaşın problemlərini həll olunmasına çalışacağını bildirib: “Ən başlıca istəyim isə azərbaycanlı gənclərin Gürcüstanın ali məktəblərində təhsil alması və dövlət strukturlarında çalışmasıdır. Mən həmişə çıxışlarımda onların ali məktəblərə qəbul olunmasını arzulamışam. Onların Gürcüstanın ali təhsil ocaqlarında oxuması üçün dövlət müxtəlif proqramlar həyata keçirir. Düşünürəm ki, ali təhsilli azərbaycanlı gənclər dövlət dilini öyrənəndən sonra Gürcüstan cəmiyyətinə daha tez inteqrasiya olacaqlar. Bu isə onların ölkənin tamhüquqlu vətəndaşı olması deməkdir"..

VOİCEPRESS.AZ


Ранее » Gürcüstan parlamentinin deputatına BƏƏ-də 15 illik həbs verildi« Далее London aeroportunda terror aktı törətməkdə şübhəli bilinən ş...
Flag Counter