Keçmiş prezidentin heykəlini dağıtdılar - VİDEO

Dünya / Manşet

954

Keçmiş prezidentin heykəlini dağıtdılar - VİDEO
Venesuelanın Vilya-del-Rosario şəhərində etirazçılar sabiq prezident Uqo Çavesin heykəlini dağıdıblar.

VOİCEPRESS
-in xəbərinə görə, bu barədə “Nacional” qəzeti məlumat verib.

Venesuela hökuməti insidentlə əlaqədar hələ ki, şərh verməyib.

Aprelin 4-də Ali Məhkəmə müxalif parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb Konstitusiya Assambleyasının çağırılması olub. Bunu ölkə prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən 1 May nümayişində bəyan edib. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma dövlət quruluşunu dəyişməklə yanaşı qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirib.

Qeyd edək ki, Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 37-yə çatıb, 1000-ə yaxın insan xəsarət alıb.




VOİCEPRESS.AZ


Ранее » Tacikistanla Qırğızıstan sərhədində 7 bal gücündə ZƏLZƏLƏ« Далее “HƏMAS”a yeni rəhbər seçildi
Flag Counter