Rusiyada qəza nəticəsində 40 nəfər yaralandı

Dünya / Manşet

1 332

Rusiyada qəza nəticəsində 40 nəfər yaralandı
Rusiyada yük maşını ilə avtobusun toqquşması nəticəsində 40 nəfər xəsarət alıb.
VOİCEPRESS
xəbər verir ki, hadisə Komi Respublikasının Udorsk rayonunda baş verib. Xəsarət alanlardan 20 nəfər xəstəxanalara yerləşdirilib.

Qəza nəticəsində avtobus sürücüsü ölüb. İkisi uşaq olmaqla, 20 nəfər xəstəxanalara yerləşdirilib. Daha 19 nəfərə ambulator tibbi yardım göstərilib.

Məlumata görə, Koslan-Usoqorsk yolunda "Ural" markalı yük maşını idarəetməni itirərək qarşı yolla hərəkət edən sərnişin avtobusuna çırpılıb.

"Ural"ın sürücüsü barəsində cinayət işi açılıb.

Rusiya FHN-nin məlumatına görə, qəzanın fəsadlarını aradan qaldırmaq üçün hadisə yerinə 68 əməkdaş və 15 texnika cəlb olunub.

VOİCEPRESSS.AZ


Ранее » İstanbulda ticarət mərkəzi YANIR - VİDEO« Далее Kiselyov Trampı Kim Çen Indan daha təhlükəli adlandırdı
Flag Counter