Binəli Yıldırım: "İstefa verəcəyəm"

Dünya / Manşet

423

Binəli Yıldırım:
Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib ki, konstitusiya dəyişiklikləri ölkənin federal sistemə keçidinə gətirib çıxaracaqsa, istefa verəcək.

VOİCEPRESS
xəbər verir ki, Ankarada mitinqdə çıxış edən B.Yıldırım Türkiyənin bu cür sistemə keçidinin mümkün olmadığını deyib.

Baş nazir deyib: "Artıq bir şey uydura bilməyənlər indi deyir ki, Türkiyə referendum nəticəsində unitar sistemdən imtina edəcək. Yəni bir mərkəzi hökumət və çoxlu kiçik hökumətlər olacaq. Əgər bu cür sistem yaranarsa,mən partiya sədri və baş nazir olaraq istefa verəcəyəm".

B.Yıldırım federallıq məsələsinin Türkiyə üçün çox həssas olduğunu vurğulayıb.

VOİCEPRESS.AZ


Ранее » Rusiya KİV: "Regionun ən varlı Azərbaycan ordusu"« Далее Aprel atəşkəsini imzlayan erməni general “Putin ittifaqı”nın başına gə...