Ukrayna, Fransa və Almaniya rəhbərləri arasında telefon danışığı olub

Dünya / Manşet

3 474

Ukrayna, Fransa və Almaniya rəhbərləri arasında telefon danışığı olub
Ukrayna, Fransa və Almaniya rəhbərləri – Pyotr Poroşenko, Fransua Olland və Angela Merkel arasında növbəti telefon danışığı olub.
VOİCEPRESS-in UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti bildirib.

Söhbət zamanı P.Poroşenko qeyd edib ki, Donbasda atəşkəsin mütəmadi olaraq pozulması siyasi nizamlama prosesinə mənfi təsir göstərir.

İyunun 6-da Minskdə, üçtərəfli Təmas qrupunun iclasında Ukrayna hərbçilərinin mövqelərinin atəşə tutulması hallarının artdığı bildirilib. Qeyd olunub ki, may ayında Donbasda atəşkəs rejiminin pozulması nəticəsində 26 Ukrayna hərbçisi həlak olub.

VOİCEPRESS.AZ

Ранее » Braziliya Senatı prezidentin impiçmenti məsələsinə avqustda baxa...« Далее Paytaxt yaxınlığında yanğın olub: yaralanan və ölənlər var
Flag Counter