Sergey Lavrov əlindən zədə aldı

Dünya / Manşet

3 861

Sergey Lavrov əlindən zədə aldı
Rusiya xarici işlər naziri Sergey Lavrov futbol oynayarkən qolunu zədələyib. VOİCEPRESS-in məlumatına görə, bu baradə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi instaqram səhifəsində bildirilib.

"Bu, tərəfdaşlarla saysız telefon danışıqlarından yaranan iş zədəsi deyil. Sağlamlığa dəymiş bu kiçik zədə futbol oyununun nəticəsidir", - deyə nazirliyin paylaşımında deyilir.

Sergey Lavrovun Finlandiya xarici işlər naziri Timo Soyni ilə görüşü zamanı çəkilmiş videoda onun sağ əlinin sarğılı olduğu görünüb. İyunun 4-də Lavrov yoldaşlıq matçında iştirak edib. Onunla bərabər ikiqat olimpiya çempionu Yevgeni Pluşenko da oyunda iştirak edib. Bu barədə çempionun həyat yoldaşı Yana Rudkovskaya öz şəxsi instaqram səhifəsində məlumat verib.

VOİCEPRESS.AZ

Ранее » 200 minlik İslam ordusunun qərargahı qurulur« Далее Hillari Klinton prezidentliyə rəsmi namizəd olmaq üçün yetərli ...