Avropa İttifaqı və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar

Dünya / Manşet

3 023

Avropa İttifaqı və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar
VoicePress.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva özünün “Tvitter” səhifəsində yazıb.

"Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının sədri Donald Tusk Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə miqrant böhranının həlli ilə bağlı əsas prinsiplərə dair razılıq əldə ediblər", - M. Andreyeva qeyd edib.

Bundan əvvəl Avropa İttifaqı və Türkiyə arasında miqrasiya böhranının həlli ilə əlaqədar razılığa gəlinmədiyi bildirilirdi.

Xatırladaq ki, Brüsseldə miqrasiya böhranı ilə bağlı növbədənkənar Avropa İttifaqı-Türkiyə sammiti keçirilib. Növbəti, həlledici toplantı martın 18-ə təyin edilib.

İlkin razılaşmaya əsasən, Avropada sığınacaq almayan miqrantlar Türkiyəyə qaytarılacaq. Bunun müqabilində Avropa İttifaqı Türkiyəyə pənah gətirən suriyalı qaçqınları qəbul edəcək. Razılaşma həmçinin 2018-ci ilin sonunadək Ankaraya əlavə 3 milyard avronun ayrılmasını, Aİ ilə Türkiyə arasında viza rejiminin ləğvini və Türkiyənin İttifaqa üzvlük danışıqlarının intensivləşməsini nəzərdə tutur.

Ранее » İshaq Cahangiri: “Əhməd Davudoğlunun İrana səfəri iki ölkənin əlaqələr...« Далее Donald Tusk: “Balkan marşrutu” bağlandı