BMT: Son həftə ərzində Aralıq dənizində 700 miqrant batıb

Dünya / Manşet

4 355

BMT: Son həftə ərzində Aralıq dənizində 700 miqrant batıb
Son həftə ərzində Aralıq dənizində 700 miqrant batıb.

VOİCEPRESS-in apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Qaçqınların işi üzrə Agentliyi xəbər verib.

Mayın 25-də miqrantlarla dolu gəminin batması nəticəsində 100, bir gün sonra baş verən qəzada isə daha 550 nəfərin itkin düşdüyü bildirilir.

27-də baş verən qəzadan sonra 45 nəfərin meyiti sudan çıxarılıb, 135 nəfəri xilas etmək mümkün olub. Onlar İtaliyanın Taranto və Potsalo limanlarına gətiriliblər.

VOİCEPRESS.AZ




Ранее » Məsuliyyətsiz valideynlər hansı cəzanı alacaq?« Далее "ABŞ-da gəlmələr müharibə veteranlarından daha artıq qayğı ...