Kiyev yaxınlığında baş verən yanğında 17 nəfər həlak olub

Dünya / Manşet

3 905

Kiyev yaxınlığında baş verən yanğında 17 nəfər həlak olub
Hadisə zamanı 18 nəfər xilas edilib, onlardan 5-i xəstəxanaya yerləşdirilib.
Ukraynanın Kiyev vilayətində baş verən yanğın nəticəsində 17 nəfər həlak olub. VOİCEPRESS-in anspress-ə istinadən verdiyi məlumatına görə, ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin başçısı Nikolay Çeçetkin bildirib ki, yanğın yaşlı insanların yaşadıqları pansionatda qeydə alınıb:

"Hadisə zamanı binada 35 nəfər olub, onlardan 17 nəfəri həlak olub. Ölənlərdən 16 nəfərin cəsədi artıq tapılıb, 1 nəfərin meyitinin axtarışı davam edir", - deyə Çeçetkin bildirib.

İlkin məlumatlarda isə vilayətin Brovask rayonunun Letoçki kəndində yaşayış evində baş verən yanğında yeddi nəfər öldüyü, 10 nəfərin taleyinin naməlum olaraq qaldığı bildirilirdi.

"Yaralılardan ikisinin vəziyyət ağırdır"
Ölənlərdən birinin pansionatın əməkdaşı olduğu deyilir. Çeçetkin bildirib ki, yanğın zamanı 18 nəfər xilas edilib, onlardan 5-i xəstəxanaya yerləşdirilib:

“Polis istintaq-əməliyyat tədbirləri həyata keçirir. Yanğının söndürülməsinə 35 nəfər və 9 texnika cəlb olunub və yanğının qarşısı demək olar ki, alınıb”.

Faktla bağlı "yanğın təhlükəsizliyi tələblərinin pozulması" maddəsi ilə cinayət işi açılıb, və artıq qocalar evinin sahibi saxlanılıb. Araşdırmalar zamanı pansionatın qanunsuz olduğu məlum olub.
Bunda əvvəl də qocalar evində insan ölümü ilə nəticələnən yanğın hadisəsi Çində baş verib. Henyan əyalətində 38 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi Pindşan şəhəri Luşan qəsəbəsində yerləşən Kanqlı qocalar evində yaşanıb. Binanın yataqxanasında başlayan yanğın, bir anda bütün otaqları bürüyüb.

Yanğının söndürülməsindən sonra axtarış-xilasetmə işlərinə başlanılıb. Hadisə nəticəsində 38 nəfər ölüb, 2-si ağır olmaqla isə 6 nəfər ciddi yanıq xəsarətləri alıb.

VOİCEPRESS.AZ





Ранее » Texas suyun altında, ölənlər var« Далее ABŞ-da uşağı xilas etmək üçün 17 yaşlı qorillanı öldürdü...