Donald Tramp Ağ Evə daxil olub

Dünya / Manşet

875

Donald Tramp Ağ Evə daxil olub
Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasiminə hazırlıqlar başlanıb.

VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp və həyat yoldaşı Melaniya Tramp artıq Ağ Evə daxil olub.

Burada onları Barak Obama və xanımı Mişel Obama qarşılayıb.

Prezidentliyinin sonuncu günü Obama "Tvitter" hesabında "Sizlərin xidmətinizdə olmaq şərəfli işdir, sizlər mənə daha yaxşı lider və daha yaxşı insan olmaq imkanı verdiniz. Hər zaman bir vətəndaş olaraq yanınızda olacağam", deyə bildirib.

Qarşılanma mərasimində B.Obama D. Trampa "Sizi görmək çox xoşdur" deyə müraciət edib, təbriklərini çatdırıb.

Qeyd edək ki, bu gün ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.

VOİCEPRESS.AZ


Ранее » Barak Obama Ağ Evi tərk etdi« Далее Qəzaya uğramış Türkiyəyə məxsus təyyarəsinin "qara qutuları"nın tətb...