Trampın prezident kimi ilk imzalayacağı sənədlər məlum oldu

Dünya / Manşet

712

Trampın prezident kimi ilk imzalayacağı sənədlər məlum oldu
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bu gün inauqurasiyadan sonra prezident vəzifəsində ilk sənədləri imzalayacaq.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, Tramp 200-ə yaxın fərman arasından ən əhəmiyyətlilərini imzalayacaq.

Trampın komandasından olan mənbənin verdiyi məlumata görə, yeni prezident Barak Obamanın imzaladığı bir sıra sənədləri ləğv edəcək və Meksika sərhədində divarın tikilməsi ilə bağlı ilk sənədləri imzalayacaq.

Bundan başqa, Donald Trampın yanvarın 21-i Mərkəzi Kəşfiyyat İdarəsinin mənzil-qərargahına gedəcəyi məlum olub.

VOİCEPRESS.AZ


Ранее » Deputat özünü mikrofona qandalladı - Türkiyə parlamentində etiraz« Далее Türkiyədə millət vəkili saxlanıldı