Tramp Almaniya kanslerinin miqrasiya siyasətindən narazıdır

Dünya / Manşet

842

Tramp Almaniya kanslerinin miqrasiya siyasətindən narazıdır
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid edib.

VOİCEPRESS-in xəbərinə görə, bu barədə D.Tramp “Time” qəzetinə müsahibəsində deyib.

“Mən onunla şəxsən tanış deyiləm. Düşünürəm ki, Merkel böyük siyasətçidir. Buna baxmayaraq hesab edirəm ki, Merkel miqrantları ölkəyə buraxmaqla fəlakətli səhvə yol verib”, deyə D.Tramp bildirib.

Qeyd edək ki, 2015-ci ildə Almaniyaya 890 min miqrant gəlib. 2016-ci ildə 280 min miqrant Almaniyada sığınacaq almaq üçün ölkənin Federal Qaçqın və Köçkünlər Dairəsinə (BAMF) müraciət edib.

VOİCEPRESS.AZ


Ранее » Vanuatuda 5,8 bal gücündə zəlzələ olub« Далее Türkiyədə kömür mədənində çökmə baş verib, ölən var
Flag Counter