Anjey Kaspşikin mandatı uzadılıb

Dünya / Manşet

599

Anjey Kaspşikin mandatı uzadılıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin mandatı daha bir il uzadılıb.

VOİCEPRESS xəbər verir ki, apa-nın məlumatına görə, bu barədə ATƏT Daimi Şurasında ATƏT-in fəaliyyətdə olan sədri, Avstriya xarici işlər naziri Sebastian Kurzun iştirakı ilə keçirilən xüsusi iclasda qərar verilib.

Qeyd edək ki, A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir.

İclasda S. Kurz bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylər dialoqun və etimadın güclənməsinə xidmət etməlidir. O həmçinin bu gün təmas xəttində A. Kaspşikin iştirakı ilə bu ilin ilk monitorinqinin keçirildiyini qeyd edib: "ATƏT-in Minsk qrupunun həmsədrləri, şəxsi nümayəndəm Anjey Kaspşik və Yüksək Səviyyəli Planlaşma Qrupunun rəhbəri Hans Lampalzer bizim tam dəstəyimizə arxalana bilərlər. Bununla yanaşı, biz münaqişənin həllinə cəlb olunmuş tərəflərin əməkdaşlıq üçün tam iradə göstərəcəyini gözləyirik".

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler də fəaliyyətini davam etdirəcək.


VOİCEPRESS.AZ


Ранее » "Putinlə Tramp yola gedəcək"« Далее Ərdoğan burnu qırılan deputata baş çəkdi