Prezidentlər arasında telefon danışığı baş tutub

Dünya / Manşet

3 932

Prezidentlər arasında telefon danışığı baş tutub
Tərəflər Minsk razılaşmasının öhdəliklərini müzakirə edib.
Mayın 24-də “Normand dördlüyü” liderləri arasında telefon danışığı olub.

VOİCEPRESS-in "Tass" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa dövlət başçısı Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı baş tutub. Tərəflər Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə ediblər. Donbasda atəşkəs rejiminə əməl edilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı həmçinin Suriyadakı hazırkı vəziyyət qismində regional problemlərin bir neçə aspekti müzakirə olunub.

Olland administrasiyası tədiq edib ki, üç prezident və kansler aralarında Minsk razılaşmasının öhdəliklərini müzakirədə edib. Həmçinin Donbasda konstitusiya çərçivəsində seçkilərin keçirilməsi məsələsinə də toxunulub.

VOİCEPRESS.AZ








Ранее » Türkiyə sərhədində şiddətli döyüşlər gedir« Далее ABŞ-da partlayış təhlükəsi ilə əlaqədar 10-dan çox məktəb ...