ABŞ Türkiyədəki hadisələrlə bağlı vətəndaşlarına xəbərdarlıq etdi

Dünya / Manşet

498

ABŞ Türkiyədəki hadisələrlə bağlı vətəndaşlarına xəbərdarlıq etdi
ABŞ Dövlət Departamenti bəyanat yayıb

ABŞ Dövlət Departamentinin Xarici Təhlükəsizliklə bağlı Məsləhət Şurası İzmirdə baş verən terror aktından sonra Amerika vətəndaşlarına xəbərdarlıq edib.

VOİCEPRESS-in Türkiyənin “Posta” qəzetinə istinadən verdiyi xəbərə görə, bəyanatda qeyd olunur ki, Türkiyədə istirahətdə olan vətəndaşlar terror aktının törədildiyi bölgədən uzaq gəzsinlər.

Qeyd edək ki, İzmir Ədliyyəsi qarşısında törədilən terror aktı nəticəsində 1-i polis, 1-i ədliyyə işçisi olmaqla 2 nəfər ölüb, 3-ü polis, 7-si mülki vətəndaş olmaqla 10 nəfər xəsarət alıb.


VOİCEPRESS.AZ


Ранее » Qlobal istiləşmə davam edir« Далее Terrorçuların təlimatı haradan aldığı müəyyən edildi, planları üzə çıx...