"ABŞ terrorçulara silah verir" - Binəli Yıldırım

Dünya / Manşet

679

ABŞ terrorçulara görə Ankara ilə strateji əməkdaşlığını riskə atmamalıdır.

VOİCEPRESS Reuters-ə istinadən bildirir ki, belə bir bəyanatla Türkiyənin hökumət başçısı Binəli Yıldırım çıxış edib. Baş nazir terrorçulara silahların çatdırılmasına görə məsuliyyəti ABŞ-ın indiki prezidenti Barak Obama administrasiyasının üzərinə qoyub.

"Birləşmiş Ştatlar Türkiyə ilə strateji əməkdaşlığın terror təşkilatı tərəfindən arxa plana keçirilməsinə imkan verməməlidir", - deyə Türkiyə hökumətinin başçısı bu gün ölkə parlamentindəki çıxışında bildirib.

Yıldırım, həmçinin ümidvar olduğunu bildirib ki, ABŞ-ın yeni prezidentinin administrasiyası Türkiyənin terror təşkilatları kimi tanıdığı Suriyadakı PYD kürd qruplaşmasına və onun silahlı qanadı YPG-yə silah çatdırılmalarına son qoyacaq.


VOİCEPRESS.AZ


Ранее » İstanbuldakı terrorçu kluba bələd imiş« Далее BP Trampın qorxusundan İrandan kənar durdu