Yəməndə növbəti toqquşmalar: 9 ölü

Dünya / Manşet

1 107

Yəməndə növbəti toqquşmalar: 9 ölü
Yanvarın 1-də Yəməndə hava zərbələri nəticəsində 9 dinc sakin ölüb.

VOİCEPRESS-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, beynəlxalq koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində Marib şəhərində 5 nəfər ölüb.

Taiz şəhərində isə 4 dinc sakin üsyançı-husilər tərəfindən endirilən raket zərbəsi nəticəsində həyatını itirib.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.


VOİCEPRESS.AZ


Ранее » 146 yaşını qeyd etdi« Далее ABŞ-da güclü tornado nəticəsində ölənlər var
Flag Counter