Moldova Avropa Birliyindən imtina edir

Dünya / Manşet

614

Moldova Avropa Birliyindən imtina edir
Qurumun bayrağı Moldova Prezident Administrasiyasının binası üzərindən endirilib

Bu gün Avropa İttifaqının (Aİ) bayrağı Moldova Prezident Administrasiyasının binası üzərindən endirilib.

VOİCEPRESS
"Sputnik"ə istinadən xəbər verir ki, bununla yanaşı, dövlət başçısının saytının rumın dilində olan versiyası da moldovan dili ilə əvəz olunub.

Digər dövlət binalarının və Nazirlər Kabinetinin üzərindəki Aİ bayraqları isə hələ qalır. Prezident Administrasiyasından bildiriblər ki, yeni seçilmiş prezident İqor Dodon konstitusiyaya hörmətlə yanaşır və hamını belə davranmağa səsləyir. O da məlum olub ki, baş verənlərlə bağlı Dodon bu yaxınlarda rəsmi açıqlama verəcək.

Dodon dekabrın 23-də vəzifəsinin icrasına başlayıb. Özünün seçkiöncəsi proqramına uyğun olaraq, o, Moldova məhsullarının Rusiya bazarına qaytarılması və ikitərəfli iqtisadi münasibətlərin səhmana salınması istiqamətində addımlar atacaq. Konstitusiyaya görə, respublikanın dövlət dili latın qrafikasına əsaslanan Moldova dili hesab olunur. Ancaq 2013-cü ilin dekabrın 5-də Konstitusiya Məhkəməsi dövlət dilinin Rumın dili olması haqqında qərar qəbul etmişdi.

VOİCEPRESS.AZ


Ранее » Kolumbiyada təyyarənin qəzaya uğramasının səbəbi məlum olub« Далее Türkiyə KİV-lərinə qarşı qadağa