Facebook Karlovun şəklinə görə Zaxarovadan üzr istədi

Dünya / Manşet

687

Facebook Karlovun şəklinə görə Zaxarovadan üzr istədi
Facebook administrasiyası Ankarada öldürülmüş Rusiya səfiri Andrey Karlovun şəklini Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sosial şəbəkəsindəki səhifəsindən sildiyi üçün ondan üzr istəyib.

VOİCEPRESS bildirir ki, bu haqda Zaxarova sosial şəbəkədəki səhifəsində bildirib.

"Facebook şirkəti Andrey Karlovun şəklini mənim hesabımdan sildiyi üçün üzr istədi və bərpa etdi", - deyə Zaxarova yazıb.

Qeyd edək ki, Türkiyədə Rusiya səfirinə silahlı hücum Ankarada dekabrın 19-da olub. Səfir aldığı çoxsaylı güllə yaralarından xəstəxanada həyatını itirib. Rusiyanın Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb.

VOİCEPRESS.AZ


Ранее » "Səfirimizin Türkiyədə öldürülməsi bizim üçün çox ağırdır"« Далее "Bu o demək deyil ki, ABŞ liderliyini itirir"