Ərdoğan Rusiya, ABŞ və Almaniyanın liderləri ilə Hələbdəki vəziyyəti müzakirə edib

Dünya / Manşet

893

Ərdoğan Rusiya, ABŞ və Almaniyanın liderləri ilə Hələbdəki vəziyyəti müzakirə edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin, ABŞ-ın prezidenti Barak Obama, Almaniyanın kansleri Angela Merkel və BMT-nin yeni seçilmiş baş katibi Antoniu Quterreş ilə Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirə edib.

VOİCEPRESS-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında deyib.

"Əgər biz Suriyadakı problemin həll olunmağını istəyiriksə, Hələbdəki vəziyyət nəzarət altına alınmalıdır. Mən Vladimir Putin və Antoniu Quterreşlə bir neçə telefon danışıqları aparmışam. Mən xanım Merkellə də danışmışam, o da istənilən yardımın göstərilməsinə hazır olduğunu bildirib. Mən Obama ilə də uzun danışıq apardım və biz yalnız Suriyanı deyil, İraqı da müzakirə etdik", - Ərdoğan deyib.

VOİCEPRESS.AZ


Ранее » Norveçdə hər beş avtomobildən biri elektriklə işləyir« Далее Rusiya və Türkiyə hərbi-texniki əməkdaşlığı müzakirə edib