Nüfuzlu "Forbes" jurnalı "Aldıqları pulları doğrultmayan aktyorlar" reytinqini açıqladı

Dünya / Manşet

1 450

Nüfuzlu
Nüfuzlu "Forbes" jurnalı "Aldıqları pulları doğrultmayan aktyorlar" ("Most Overpaid Actors") reytinqini açıqlayıb.

Reytinqdə adı çəkilən Hollivud ulduzları prodüserlərə çox baha gəliblər, amma baş rollarda oynadıqları filmlərin nümayişi ilə bağlı gəlir gözləntilərini doğrultmayıblar.

VOİCEPRESS Daily Mail-ə istinadən bildirir ki, reytinqə amerikalı aktyor Conni Depp başçılıq edir. O, qonorar qismində aldığı hər 1 dolların müqabilində studiyalara sadəcə 2,8 dollar gəlir verib.

Onun baş rollardan birində çəkildiyi "Alice Through the Looking Glass" filmi 190 milyon dollara başa gəlmişdi. Fəqət, film ümidləri doğrultmadı, çox az pul yığdı.

Reytinqdə 2-ci yeri Uill Smit tutub. Bir zaman həddən artıq çox pul qazanan aktyor aldığı qonorarın hər 1 dolları müqabilində studiyalara 15 dollar gəlir gətirirdi.

İndisə həmin göstərici 1 dollara görə 5 dollara düşüb.

Üçüncü yerdə Çenninq Tatum var. Aktyor aldığı qonorarın 1 dollarına görə studiyalara 6 dollar gəlir gətirib.

Reytinqin ilk onluğunu təqdim edirik:

1. Conni Depp: 1 dollara 2,8 dollar

2. Uill Smit - 1 dollara 5 dollar

3. Çenninq Tatum - 1 dollara 6 dollar

4. Uilyam Farrell - 1 dollara 6,5 dollar

5. Corc Kluni - 1 dollara 7 dollar

6. Adam Sendler - 1 dollara 7,6 dollar

7. Mark Uolberq - 1 dollara 9,2 dollar

8. Leonardo Di Kaprio - 1 dollara 9,9 dollar

9. Culiya Roberts - 1 dollara 10,8 dollar

10. Bredli Kuper - 1 dollara 12,1 dollar

VOİCEPRESS.AZ


Ранее » Belçikada ermənilərdən ibarət cinayətkar qruplaşma çökdürül...« Далее Avropa İttifaqı Ukrayna və Gürcüstan vətəndaşları üçün viz...