Kanada telekanalında ilk dəfə aparıcı hicablı qadın oldu

Dünya / Manşet

1 642

Kanada telekanalında ilk dəfə aparıcı hicablı qadın oldu
Tarixdə ilk dəfə Kanada televiziyasında xəbərlər proqramının aparıcısı hicablı müsəlman qadın olub.

VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, yeni aparıcının adı Ginella Massadır. 29 yaşlı Massa Toronto şəhərində yerləşən "City News" telekanalında efirə çıxıb. Veriliş izləyicilərin marağına səbəb olub.

Proqramdan sonra qadın öz "Twitter" hesabında bunları yazıb: "Mən heç vaxt düşünməzdim ki, nə vaxtsa Kanadada hicablı qadın verliş apara bilər".


VOİCEPRESS.AZ


Ранее » Moskvada 60-a yaxın reys təxirə salınıb - SƏBƏB?« Далее Azərbaycanın Litvadakı səfirliyi xeyriyyə yarmarkasında iştirak...