Azərbaycanlı rəssam ölkəmizi sənət əsərləri ilə deyil, möhtəşəm ideyaları ilə təmsil etdi

Art Gallery / Mədəniyyət / Manşet

15 291

Azərbaycanlı rəssam ölkəmizi sənət əsərləri ilə deyil, möhtəşəm ideyaları ilə təmsil etdi
Azərbaycanlı rəssam, türk dünyasının simvoluna çevrilmiş qardaşlıq rəssamı kimi tanınan, iki ölkənin mədəni əlaqələrinin inkişafı sahəsində öz möhtəşəm və orijinal ideyaları ilə əməlli başlı əks-səda doğrumağı bacaran xanım rəssam Günay Mehdizadənin səsi bu dəfə Rusiya Federasiyasından gəldi.

Günay Mehdizadəni hər kəs möhtəşəm tarixi rəsm əsərləri, Atatürkün, ulu öndər Heydər Əliyevin təkraraolunmaz portretlərinin müəllifi kimi, eyni zamanda, müasir dövrümüzün miniatur sənət əsərlərinin ustadı kimi tanıyır. Tanınmış rəssamın səsi-sorağı hansısa bir ölkədən gələndə, istər-istəməz yaradıcılığı, yaratdığı rəsmlərin sərgisi ilə bağlı olduğunu düşünürük.

İki əli ilə eyni anda rəsm çəkməyi bacaran qeyri-adi istedada malik xanım rəssamımızın, heç kəsin bilmədiyi bir özəlliyi daha var. Günay Mehdizadə olduqca orijinal təfəkkür və ideya sahibidir. O qədər parlaq fikir sahibidir ki, məhz bu parlaq fikirləri onu Türkiyə Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafı, Türkiyə Azərbaycan cocuklarının qardaş kimi təhsillərini belə paylaşaraq böyüməyi özündə əks etdirən “Bursa Zəki Müren Güzəl Sanatlar Litseyi” ilə AMK tərkibində Azərbaycan Milli Gimnaziyası arasında dostluq və qardaşlıq memorandumunun imzalanmasına gətirib çıxarıb. Bəlkə də, bu möhtəşəm fikir və ideya sahibinin özəlliyi sayəsində UNESCO və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin də, təşkilatçılığı ilə, Günay Mehdizadənin “İP QUORUM - Beynəlxalq, İntelektual, Strateji Forum” adlı Rusiya şəhərlərində keçirilən sil-silə tərbirlər proqramına dəvət almışdır.

İki gün davam edən beynəlxalq foruma, Rusiyanın Kallinqrad vilayətində start verildi. Forum çərçivəsində telefon və texnikanın inkişaf etdiyi bir zaman, incəsənətin və digər sahələrin inkişafdan geri qalması məsələsi müzakirə olunurdu. RF-nin önəmli iş adamlarının, millət vəkillərinin və ən önəmlisi intelektual beyin sahiblərinin bir arada toplanmasının da, əsas səbəbi bu inkişafdan geri qalmanın möhtəşəm ideyalarla fikir mübadiləsi idi.

Məhz “İP QUORUM - Beynəlxalq, İntelektual, Strateji Forumun”da istənilən rəsm əsərinin, lap elə Leonardo Davinçinin “Cakonda” əsəri 3D formatında canlı səyahət zonasına çevirilməsinin mümküniyyatının nümayişi deməkdir. Belə olan halda yaxın gələcəkdə Günay Mehdizadənin də, rəsm əsərlərini biz 3D formatında izləmək imkanına malik ola biləcəyik.

Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının baş direktoru, Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri, cənab İsmayıl Məmmədkərimovun bu sahədə olan böyük əməyi isə danılmazdır. Bu cür möhtəşəm layihələrdə, öz vətənpərvərlik missiyasını milli-mənəvi dəyərlərə dayanaraq layiqincə yerinə yetirən cənab Məmmədkərimovun öz istedadlı soydaşlarımızın iştirakı üçün əlindən gələni əsirgəməməsi olduqca təqdirə layiqdir. Məhz cənab Məmmədkərimovun uzaqgörənliyi sayəsində Rusiya istedadlı Azərbaycanlı xanım rəssam Günay Mehdizadənin parlaq fikirləri və ideyaları ilə tanış olmaq şansına malik olmuş oldu.

MDB ölkələrinin böyük istedadlarının və parlaq, müasir fikirli insanları arasında Azərbaycanın məhz Günay Mehdizadə tərəfindən layiqincə təmsil olunması Azərbycan və ümumiyyətlə Türk dünyası adına böyük bir uğur hesab etmək olar.

Xatırladaq ki, Günay Mehdizadə "VOİCEPRESS ACADEMY"-nin Mədəniyyət deportamentinin sədridir. Yaxın günlərdə möhtəşəm layihələrlə Azərbaycanı daha geniş miqyaslı forumlarda təmsil etməsini müşahidə edəcəyik.


Azərbaycanlı rəssam ölkəmizi sənət əsərləri ilə deyil, möhtəşəm ideyaları ilə təmsil etdi


Ü. Musazadə
VOİCEPRESS.AZ

Ранее » "Qardaş Məktəb" layihəsi baş tutdu« Далее Belə gənclərin hər bir addımı müasir Azərbaycan mədəniyyəti...