"Qardaş Məktəb" layihəsi baş tutdu

Art Gallery / Mədəniyyət / Manşet

2 304

VOİCEPRESS.AZ-ın verdiyi xəbərə görə 13-16 fevral 2018 ci il tarixlərində "Qardaş Məktəb" layihəsi baş tutdu. Möhtəşəm layihənin ideya müəllifi tanınmış rəssam Günay Mehdizadə olduğu bu layihə iki dövlət arasında dostluq və qardaşlıq prinsipinə xidmət etmiş oldu. Layihəyə əsasən Azərbaycan Milli Konservatoriyası tərkibində Incəsənət Gimnaziyası ilə Türkiyənin Bursa Zəki Muren Gözəl Sənətlər Litseyi arasında "Qardaş Məktəb" sıx əməkdaşlıq bağlarının təməlinin qoyulması idi.

13 fevral tarixində 10 dan artıq qardaş Türkiyənin Zəki Muren Gözəl Sənətlər Litseyinin müəllim və tələbəsi Bakıda səfərdə oldu.
Səfər əsnasında 15 fevral tarixində "Qardaş Məktəb" layihəsinin qala gecəsində türk və azərbaycanlı tələbələrin birlikdə təşkil etdikləri konsert proqramı və rəsm sərgisi baş tutdu.

Azərbaycana üz tutan türk qardaşlarımızın Azərbaycanda heç qəriblik hiss etmədiklərini bildirmələri sevindirici hal idi. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavus Kərimi, Incəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Cifci, Zəki Müren Gözəl Sənətlər Litseyinin direktoru Rəmzi Ayaz bəy, Bursa Mudanya Sami Evkuran Anadolu litseyi müdürü - Seyfəttin Yıldırım, tanınmış ressam Günay Mehdizadə, Respublikanın xalq artisti Suğra Bağırzadə və digərləri iştirak edirdi...

Qeyd edek ki, layihəyə görə cari ilin iyul ayının 15- də azərbaycanlı tələbələrin Türkiyəyə səfəri gözlənilir.

"Qardaş Məktəb" layihəsi baş tutdu

"Qardaş Məktəb" layihəsi baş tutdu

"Qardaş Məktəb" layihəsi baş tutdu

"Qardaş Məktəb" layihəsi baş tutdu

"Qardaş Məktəb" layihəsi baş tutdu

"Qardaş Məktəb" layihəsi baş tutdu


VOİCEPRESS.AZ


Ранее » Türkiyə və Azərbaycan qardaşlığı həm mədəniyyətdə, həm t...« Далее Azərbaycanlı rəssam ölkəmizi sənət əsərləri ilə deyil, möh...
Flag Counter