Günay Mehdizadə: “Atatürk yalnız Türkiyənin deyil, bütün Türk dünyasının qəhrəmanıdır”

Art Gallery / Mədəniyyət / Manşet

4 545

Günay Mehdizadə: “Atatürk  yalnız Türkiyənin deyil, bütün Türk dünyasının qəhrəmanıdır”
Böyük türk lideri Mustafa Kamal Atatürkün möhtəşəm portretlərini yaradan, azərbaycanlı rəssam olaraq tanınan Günay Mehdizadə qardaş Türkiyə ictimaiyyəti ilə sil-silə görüşləri davam etdirir.

VOİCEPRESS.AZ
-ın əldə etdiyi xəbərə görə, 10 noyabr M.K. Atatürkün xatirə günü xanım rəssam Günay Mehdizadə Türkiyənin Atatürk ev Muzeyi və Gözəl Sənət rəhbərliyinin dəvəti ilə Atatürk ev muzeyində “uşaqlarla tanınmış rəssamın görüşü çərçivəsində” görüşü reallaşdırılıb.

Türk uşaqlarla görüşən Günay xanım, onların incəsənətlə bağlı maraq etdikləri saualları cavablandırıb. Daha sonra Türkiyənin dövlət kanalı olan TRT-yə müsahibə verən Günay Mehdizadəyə olduqca ilginc suallar sorulub.

Suallardan biri “Atatürk Azərbaycanda nə məna kəsb edir?” olub. Günay Mehdizadə isə öz növbəsində “Bir millət, iki dövlət” devizi altında olduqca layiqli cavab verib: “Atatürk yalnız Türkiyənin deyil, bütün Türk dünyasının qəhrəmanıdır. Elə bir şəxsiyyətin rəsmini çəkmək isə hər bir rəssamın məslək borcudur. Çünki biz gələcək nəsillərə yaratdığımız rəsmlərlə məhz sənət və mədəniyyətimizlə qəhrəman və liderlərimizi tanıta biləcəyik”.

Daha sonra azərbaycanlı rəssamın Türkiyəyə səfəri çərçivəsində Türkiyənin Mədəniyyət nazirliyinin nümayəndələri ilə Ankara və Bakı sərgisi layihəsi müzakirə obyekti olub. Müzakirə edilən layihənin isə yaxın günlərdə reallaşdırılacağının gözlənildiyi vurğulanıb.


Günay Mehdizadə: “Atatürk  yalnız Türkiyənin deyil, bütün Türk dünyasının qəhrəmanıdır”

Günay Mehdizadə: “Atatürk  yalnız Türkiyənin deyil, bütün Türk dünyasının qəhrəmanıdır”



Aysel Isgəndərova


VOİCEPRESS.AZ


« Далее Türkiyə və Azərbaycan qardaşlığı həm mədəniyyətdə, həm t...
Flag Counter