Rəssam Günay Mehdizadənin rəngarəng dünyası...

Art Gallery / Manşet

2 799

Rəssam Günay Mehdizadənin rəngarəng dünyası...
İstedad olmasa belə, istənilən texnologiyanı oyrənə bilərsən, ancaq istedadlı rəssam olmaq üçün gərək rəssam doğulasan. Təbiətin bizə bəxş etdiyi gözəl rəngləri hər birimiz sevə bilərik. Lakin bu rəngləri duymaq, hiss etmək, onları canlandırmaq, bu rənglərlə qeyri-adi əsərlər yaratmaq hər insanın bacardığı iş deyil. Günay Mehdizadə o rəssamlardandır ki, rənglərlə danışır, onları duyur, öz rəngarəng dünyasını kağız, kətan üzərinə həkk edir. Və bu onda çox uğurlu alınır.

Daxilində rənglərə dərin sevgi hiss etdikdə, rəssam olmaq arzusu baş qaldırdıqda onun arxasınca düşərək, böyük sənətkarların köməyi ilə istəyinə nail olan Günay Mehdizadənin ilk müəllimləri Qorxmaz Əfəndiyevin həyat yoldaşı, əməkdar rəssam- Bəyimxanm Hacızadə və onun qızı Fövziyyə Əfəndi olmuşdurlar. Günay müəllimlərindən rəssamlığın sirlərini daha dərindən mənimsəmiş, gözəl əsərlər ərsəyə gətirmişdir.
Onun bu illər ərzində dörd dəfə dəstixətti dəyişildi. Sonralar, dərin mədəniyyətimizə və minatyuramıza əsaslanaraq, şəbəkə stilində əsərlər çəkməyə başladı. Günay Mehdizadənin əsərlərindən biri Dünya Uşaq Ensikpopediyasına (Art of Azerbaijan) daxil oldu.

Bütün rəngləri sevən, istənilən halda hər zaman pozitiv olmağı bacaran rəssam nail olduqları ilə yetinməyib daim öz üzərində çalışır və yeni əsərlər yaratmaq üçün hər gün nə isə öyrənir.

Günay Mehdizadənin rəsm əsərlərinin hər iki əli ilə eyni anda çəkdiyini bilirdinizmi? Bəli, gənc rəssam hələ uşaqlıqdan əsərlərini bəzən hər iki əli ilə eyni zamanda çəkir. Bu hal ona simmetriyanı axtarmadan küzələri, digər rəsm fiqurlarını asanlıqla iki əl ilə çəkməyə imkan verir. Sağ ilə normal yazını yazdıqda, digər ilə onun sanki güzgü əksində göstərilən yaızılışını da qeyd edə bilir ki, bu yazını yalnız güzgü ilə oxuma mümkündür. Uşaqlıqda müəllimləri onu bu bacarıqdan yayındırmağa çalışsalar da, hal- hazırda bu bacarığı ona rəsm əsərləri yaratmaqda böyük dəstək olur.

Rəssam Günay Mehdizadənin rəngarəng dünyası...

Rəssam Günay Mehdizadənin rəngarəng dünyası...

Rəssam Günay Mehdizadənin rəngarəng dünyası...

Aysel İsgəndərova

VOİCEPRESS.AZ


« Далее Günay Mehdizadənin əsəri “Atatürk evi”ni bəzəyir
Flag Counter